Region Xəbərləri 

Yevlax rayonunda əkinçiliklə məşğul olan bir qrup fermerlər ilə görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar Təlim Mərkəzi Bərdə Regional Təlim Mərkəzinin təlimçiləri tərəfindən 06.05.2022-ci il tarixində saat 11:00-da Yevlax rayonunun Malbinəsi kəndində fermer Oqtay Salahova məxsus şəkər çuğunduru əkilmiş sahədə, rayonun bitkiçilik üzrə ixtisaslaşmış bir qrup fermerlərinə “Şəkər çuğundurunun əkin dövriyyəsində yeri, səpin müddəti və üsulları, aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilmişdir. Təlimdə Yevlax rayonundan olan təsərrüfat sahibləri və Yevlax DAİM-nin əməkdaşı iştirak etmişdir (12 nəfər). Görüş zamanı mütəxəssislər tərəfindən təsərrüfat sahiblərinə ümumi əkinçiliyin inkişafından, yüksək məhsuldarlıq əldə edilməsi istiqamətində görülməsi vacib olan işlərdən, açıq sahə şəraitində aqrotexniki tədbirlərin aparılma ardıcıllığına və qaydalarına düzgün əməl edilməsindən və s. tədbirlərdən danışılıb, məsləhətlər verilib. Müzakirələr zamanı görüş iştirakçılarını maraqlandıran məsələlərə müvafiq qaydada aydınlıq gətirilib və onlara lazımi tövsiyyələr verilib, fermerlər tərəfindən verilən suallar ətraflı şəkildə cavablandırılıb.

Daha çox xəbərlər