Siyasət 

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək

Türkiyə və Azərbaycan liderləri yeni hava limanının açılışını edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin şimal-şərqində yerləşən yeni Rizə-Artvin hava limanının açılışında iştirak edəcəklər.

ARANTV.AZ xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, yeni hava limanının açılışı iki qardaş ölkənin liderlərinin iştirakı ilə mayın 14-də planlaşdırılır.

Yeni hava limanı Türkiyənin ikinci ən uzun uçuş-enmə zolağına malikdir.

Rize-Artvin Hava Limanı Rize şəhərindən 34 km, Hopadan 54 km və Artvindən 125 km məsafədə, Bazar rayonunda yerləşir.

Rəsmi açılış mərasimindən sonra Rize-Artvin Hava Limanı fəaliyyətə başlayacaq.

Daha çox xəbərlər