Cəmiyyət 

Xilaskar ömür

Dəyərli ömrünü xalqı, Vətəni üçün yaşamaqla milyonların qəlbində əbədiyyət ulduzuna çevrilən  Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 99-cu il dönümü ölkəmizin hər guşəsində böyük təntənə ilə qarşılanır.  Bu münasibətlə Yardımlı rayon Heydər Əliyev Mərkəzində keçirilən  “Xilaskar ömrü” adlı növbəti tədbir daha yadda qalan alındı.

Mərkəzin kollektivi ilə yanaşı Yardımlı rayon Şəfəqli kənd orta məktəbinin müəllim və şagirdlərin  iştirak etdiyi tədbir Ulu öndər Heydər Əliyevin və  Vətən naminə  canından keçən qəhrəmanların  əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilməklə başlandı.  Yardımlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Aqil Ağayev, Elşən Abışov çıxış edərək dahi şəxsiyyət  Ulu Öndərin  dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında,  hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən ətraflı söhbət  açdılar.

Tədbirin bədi hissəsində isə Ulu Öndərin mənalı həyatını əks etdirən

“Dahi şəxsiyyət” filmi göstərildi,  onun dövlətçilik fəaliyyətini özündə yaşadan  eksponatlara, eləcə “Heydər Əliyev və Mədəniyyət” sərgisinə baxış  oldu.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər