Azad edilmiş torpaqlarda sosial-iqtisadi inkişafın sürətləndirilməsi
Artıq Zəngilanın azad olunmasından 2 ilə yaxın vaxt ötür. Bu müddət ərzində ölkə Prezindenti işğaldan azad olun rayonların iqtisadi vəziyyətinin, infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra adımlar atmaqdadır.
Bu zaman kəsiyində işğaldan azad olunan ərazilərimizdə əhalinin öz el-obalarına qayıtmağından ötrü evlərin tikilməsi, yolların yenidən çəkilərək abadlaşması, məktəb və baxçaların tikilməsi və onlarca bu kimi işlərin görülməsi sosial inkişafın bariz nümunəsidir.
Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kəndə çevriləcəkdir.
Bu inkişaf yolunda atılan addımlardan biridə işğaldan azad olunmuş rayonlara Prezidentin xüsusi nümayəndələrinin təyin olunmasıdır ki, bu təyinatlar da öz növbəsində sosial-iqtisadi inkişafın sürətlənməsində öz töhfəsini verməkdədir.
Belə təyinatlardan bir də, Zəngəzur İqtisadi Rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndə Vahid Rasim oğlu Hacıyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə təyin olunmuşdur.
Arzu edək ki, Azərbaycanın dövlətinin gələcək həyatı təqvimi ancaq qırmızı rənglərlə bəzəsin, xalqımız bütün Azərbaycanda qələbə, uğur sevinc dolu günləri qeyd etsin və gələcək nəsillərə ötürsün.
Akşin Xəlilov,
YAP Masallı rayon təşkilatı Lürən ərazi partiya təşkilatının sədri

