Paytaxtın ictimai iaşə dövriyyəsi artıb
Cari ilin yanvar-mart aylarında Bakının ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 199,7 milyon manat təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata əsasən, hüquqi şəxslər üzrə dövriyyə 127,1 milyon manat olub ki, bu da ümumi dövriyyənin 63,6 faizidir.

