Meyvə-tərəvəz məhsullarının ixracı 23,6 faiz artıb
Cari ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz artaraq 162,6 milyon ABŞ dolları təşkil edib.
ARANTV.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may nömrəsinə istinadla bildirir ki, müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3 faiz, pambıq iplik ixracı 19,8 faiz, pambıq lifi ixracı isə 6,8 faiz artıb.

