Gündəm 

Ermənilərin törətdikləri ekoloji terrorun acı fəsadları

Xain xislətli Ermənistan, işğal etdiyi ərazilərdə böyük talanlar törətmişdir. Dövlət və mülki tikililəri dağıtmış, eyni zamanda yeraltı, yerüstü sərvətləri viran etmişdir. Hələ Sovet hakimiyyəti illərində Azərbaycan sərhədlərinə yaxın ərazidə tikilmiş Metsamor AES-i birbaşa məqsədyönlü şəkildə bu ərazidə tikilmiş və Azərbaycan üçün potensial təhlükəyə çevrilmişdir. Bu AES istismar müddətini ötən əsrin 90-cı illərində başa çatdırsa da hələ fəaliyyət göstərir. Qafan, Gorus rayonları ərazisində fəaliyyət göstərən mis-molibden zavodlarının tullantıları Oxçuçaya axıdılmaqla çayın faunasına məhv edərək “Ölü çay”a çevrilməsinə gətirib çıxarmışdır. İşğal illərində düşmən ölkə tərəfindən flora,fauna, təbii sərvətlər, tarixi,mədəni və dini abidələr məhv edilmiş, məscidlər, qəbristanlıqlar dağıdılmışdır.

Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay qoruğunda qorunan və yaşı 200 ildən çox olan Şərq çınarı meşəsi tamamilə məhv edilmiş, Kəlbəcər rayonunda Zod, Zəngilan rayonunda Vejnəli qızıl mədənləri istismar edilmişdir. Kəlbəcərin İstisu bulağının müalicəvi suyu erməni brendi adı altında istehsal olunurdu.

30 ilə yaxın bir dövürdə Qarabağda azğın ermənilərin dırnaqarası fəaliyyəti nəticəsində ümumilikdə ölkəmizə 265,3 milyard dollar həcmində maddi ziyan dəymiş, xalqımızın mənəviyyatına və qüruruna toxunulmuşdur. Atalar yaxşı deyib, “haqq nazirlər amma üzülməz!”.
Möhtərəm Ali Baş Komandanın qətiyyətli qərarı, rəşadətli Azərbaycan ordusu və xalqın dəstəyi nəticəsində 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan torpaqlarımız 44 gün içində azad olundu. Artıq əzəli torpaqlarımızda quruculuq-bərpa işləri həyata keçirilir, yaxın müddətdə həmvətənlərimizin öz dədə-baba torpaqlarımıza Böyük qayıdışının şahdi olacağıq.

Şahin Cəfərov,
Füzuli rayon 56 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər