Hadisə 

Lahıcda uçqun nəticəsində bağlanan yol açıldı – YENİLƏNİB + FOTO

“İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu zamanı bağlanan yol açılıb”.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib.

O qeyd edib ki, yolun hərəkət hissəsinə tökülən qaya parçalarının əsas kütləsi təmizlənərək hərəkət bərpa olunub.

 

10:40

İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu baş verib. Nəticədə yol kənarındakı bir neçə elektrik dirəyi aşıb, yol bağlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, Lahıcda torpaq uçqunu zamanı bağlanan yolun açılması istiqamətində işlər aparılır:

“Dağdan yolun hərəkət hissəsinə qaya parçaları uçub. Hazırda əraziyə texnika və canlı qüvvə cəlb edilib. Təxminən 40 dəqiqə ərzində yol qaya parçalarından təmizlənəcək”.

Daha çox xəbərlər