Pikniklər qadağan edildi
İtaliyanın paytaxtı Roma şəhərində ölən donuzda Afrika donuz virusu aşkarlanıb.
ARANTV.AZ xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra təhlükəsizlik baxımından pikniklər qadağan edilib.
Roma səhiyyə qurumları virusu nəzarətə almaq üçün hərəkətə keçib.
Donuzlar üçün ölümcül olan Afrika donuz virusu insanlar üçün həyati təhlükə kəsb etmir.
Romada heyvanları bəsləmək və onlara yaxınlaşmaq qadağan edilməklə yanaşı, həmin ərazidən keçənlərə ayaqqabılarını dezinfeksiya etmək məsləhət görülüb.
Qeyd edək ki, Roma və şəhərətrafı ərazilərdə təxmini 23000-ə yaxın donuz var.


