Cəmiyyət 

10 may – Beynəlxalq Köçəri Quşlar Günüdür-FOTOLAR

2006-ci ildən başlayaraq qlobal səviyyədə qeyd olunan bu günün əsas mahiyyəti həm dövlət, həm də qeyri-dövlət təşkilatlarının, eyni zamanda, vətəndaşların diqqətini köçəri quşların mühafizəsinə cəlb etməkdən ibarətdir.

Ölkəmiz quşların faunası baxımından olduqca zəngindir. Quşların 40 faizi oturaq növ olmaqla Azərbaycanda ilboyu müşahidə edilir, digər növlər isə qışlayan və köç vaxtı ölkəmizdə qeydə alınan növlərdir.

Hər il Azərbaycan ərazisindən 20 milyondan çox təkcə su-bataqlıq quşu keçir. Həm istirahət, həm yemlənmək, həm də dayanacaq kimi buradan istifadə edirlər. Ölkəmizdə su-bataqlıq quşlarının qorunması məqsədilə Qızılağac, Ağgöl, Abşeron və Şirvan Milli parkları təşkil edilib.

Sadalanan milli parkların ərazisində ekoloji turizmin istiqaməti olan quşların müşahidəsi üçün geniş imkanlar var. Milli parklarımızı ziyarət edən turistlər burada ilboyu həm qışlama, həm köç, həm də yuvalama zamanı quşların müşahidəsini həyata keçirə bilərlər.
İranda köçəri quşların tələf olması ilə bağlı Azərbaycan da hərəkətə keçdi

 

Daha çox xəbərlər