İsrail Azərbaycanla strateji əlaqələrin qurulmasında Heydər Əliyevin rolunu yüksək qiymətləndirir – FOTO
“İsrail ölkələr arasında strateji əlaqələrin qurulmasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həlledici rolunu yüksək qiymətləndirir”.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter” səhifəsində yazıb:
“Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd edərək, İsrail onun ölkələrimiz arasında dostluq və strateji münasibətlərin qurulmasındakı həlledici rolunu xatırlayır”.

