Bərdə rayonunda ağacəkmə aksiyası keçirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Bərdə rayon Gənclər və İdman İdarəsinin ,YAP Bərdə rayon təşkilatının birgə təşkilatçılığı və Bərdə regional “ASAN xidmət” mərkəzinin , Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin və bir qrup fəal gənclərin iştirakı ilə Bərdə rayonunda ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada 40-a yaxın gənc iştirak etmişdir.






