Region Xəbərləri 

Ulu Öndər müasir Azərbaycanın qurucusudur.

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Bərdə rayon Heydər Əliyev Mərkəzində “Ulu sərkərdə, Ulu Öndər” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Arifət Əhmədova qonaqları salamladıqdan sonra Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəalliyyəti haqqında ətraflı məruzə etdi.O , qeyd etdi ki , Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına yeni məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha yaxından göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun mükəmməl bir qaynaqdan– Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir.Ulu öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən artıq çoxdan təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hər kəsdən yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini– İlham Əliyevi Azərbaycana bəxş etməsidir.
Sonra Bərdə ASAN Könüllərinin rəhbəri Şamxal Yaqubov çıxış etdi .O bildirdi ki , Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurlardan uğurlara aparır. Bu gün Azərbaycan mühüm siyasi, iqtisadi, mədəni tədbirlərə ev sahibliyi edir, ən mötəbər idman yarışlarının təşkilatçısı olmaqla yanaşı, həm də idman ölkəsi kimi mühüm nailiyyətlər qazanır.
Sonra YAP fəalı, şəhər 1 saylı tam orta məktəbin fiziki hazırlıq müəllimi Elmir Məmmədov qeyd etdi ki , Ulu Öndər müasir Azərbaycanın qurucusudur.Azərbaycan dövləti Ümummilli liderin şah əsəridir.
Sonra Mərkəzin elmi işçisi Türkan Şadlinskaya çıxış etdi . O qeyd etdi ki , Ulu öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının formalaşmasına çalışan ümummilli lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün həyatını şam kimi əritmişdir.
Daha sonra Ulu Öndərə həsr olunmuş filmə baxış keçirildi. Sonda Ak.Zərifə Əliyeva adına texniki təmayüllü lisey-məktəbin şagirdləri bədii kompozisiya ilə çıxış etdilər.

Daha çox xəbərlər