19 yaşlı qız bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 2000-ci il təvəllüdlü N. Əliyeva sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.