Dünya 

Qazaxıstanda Türkiyənin ANKA pilotsuz təyyarələrinin istehsalına başlanılacaq – FOTO

Türkiyə istehsalı olan ANKA pilotsuz uçuş aparatları Qazaxıstanda istehsal olunacaq.

Bu barədə dronun tərtibatçısı olan Türkiyənin TUSAŞ aerokosmik şirkəti xəbər yayıb.

PUA-ların texniki xidməti və təmiri bu ölkədəki birgə müəssisədə həyata keçiriləcək.

Beləliklə, Qazaxıstan ANKA pilotsuz təyyarələrinin istehsalına başlanılacaq ilk xarici ölkə olacaq.

 

Mənbə: Anadolu agentliyi

Daha çox xəbərlər