Azərbaycanda TIR sürücüsünün meyiti kabinədən tapılıb
Hacıqabulda sürücü avtomobildə ölü tapılıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində park halında TIR tipli qoşqulu yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib.
Onun hansı vəziyyətdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya Birliyinə yerləşdirilib.

