“Azərbaycan Aİ-nin əsas enerji tərəfdaşlarından biridir”
Azərbaycan Avropa İttifaqının (Aİ) əsas enerji tərəfdaşlarından biridir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ADA Universitetində keçirilən “Avropa günü”nə həsr olunmuş seminar zamanı deyib.
“Bu gün Azərbaycan və Aİ bir-birinə hər zamankından daha yaxındır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan həm “Şərq tərəfdaşlığı” formatında, həm də iqtisadiyyatın müxtəlif sektorlarında Aİ-nin ən yaxın tərəfdaşlarındandır.
“Bizim Azərbaycanla əməkdaşlığımızın prioritetləri həm də rəqəmsal texnologiyalara keçid, kənd rayonlarının inkişafı və insanlar arasında təmasın gücləndirilməsidir”, – səfir deyib.
O qeyd edib ki, Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş məhsuldar əməkdaşlığı daha da möhkəmləndirəcək.
“Biz ümid edirik ki, yeni hüquqi baza inkişafın daha da dərinləşdirilməsi üçün imkan yaradacaq”, – P.Mixalko deyib.

