Hadisə 

Kişi evini yandırdı, arvadı yaralandı

Gəncə şəhər sakini yaşadığı evi yandırıb.

ARANTV.AZ-ın məlumatına görə, psixoloji problemi olan kişi öz evinə od vurub.

1962-ci il təvəllüdlü Elşən Qasımov evi yandıran zaman onun arvadı, 1969-cu il təvəllüdlü Mahirə Dünyamalıyeva hadisənin qarşısını almaq istərkən kişinin əlindəki benzin üzərinə tökülüb.

Nəticədə qadının qolu yanıb. O, xəstəxanaya aparılıb.

Xəsarət alan qadın ərindən şikayətçi olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər