Hadisə 

Ağdam sakini sursat partlaması nəticəsində öldü – YENİLƏNİB

Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam Rayon Prokurorluğundan Oxu.Az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alması müəyyən edilib.

Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

17:08

Ağdam sakini minaya düşüb.

APA-nın məlumatına görə, Ağdamın Çəmənli kənd sakini, 1982-ci il təvəllüdlü Bəxtiyarov Rəşad Murtuza oğlu qoyun otaran zaman mina partlayıb.

Onun xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Daha çox xəbərlər