Salyanda yazlıq əkin sahələri 20 faizədək artıb
Salyan rayonu üzrə təsərrüfatlarda yaz-tarla işləri davam etdirilir. Mayın 1-dək rayonda 9574,9 hektar sahədə yazlıq bitkilər əkilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yaz əkin sahələrinin 74 hektarını qarğıdalı, 2245 hektarını təzə yonca, 5585,9 hektarını pambıq, 401 hektarını kartof, 720 hektarını tərəvəz, 536 hektarını bostan, 13 hektarını günəbaxan təşkil edib. Keçən illə müqayisədə ümumi əkin sahəsi 1550,3 hektar (19,3 faiz) çox olub.

