Kürdəmirdə pambıq sahələrinin kultivasiyasına başlanıb
Kürdəmir rayonunda cari ilin məhsulu üçün 2069,3 hektar sahədə çiyid səpini aparılıb. Hazırda əkin sahələrinin birinci kultivasiyasına başlanıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son vaxtlar yağan yağışlar sahələrdə normal çıxışa şərait yaradıb. Artıq pambıqçılıqda zəruri aqrotexniki tədbirlərdən olan birinci kultivasiyaya start verilib və bir neçə gündə 70 hektarda bu mühüm iş görülüb.
Əkinlərin birinci kultivasiyasına ilk günlərdən rayonun əksər ərazilərində, xüsusilə Şilyan, Muradxan, Sor-Sor, Carlı icra nümayəndəliklərində daha mütəşəkkil hazırlıqla başlanıb.

