“Nazir təyin edildikdən sonra məni yada salanlar çox oldu”
Gənclər və idman naziri Fərid Qayıbov, “ASAN Radio”nun “QəbuldASAN” verilişində qonaq olan zaman eksklüziv açıqlamalar verib.
Sonxeber.az bildirir ki, aparıcının “Siz nazir təyin olunduqdan sonra həyatınızda nə dəyişdi?” sualına Qayıbov maraqlı cavab verib.
O, nazir təyin edildikdən sonra onu yada salanların çoxaldığını bildirib:
“Həyatımda çox şey dəyişdi. Məni yada salanlar çox oldu, 30 il görmədiyim insanlar məni yada saldılar (gülür). Düşünürəm, insanlar sadəcə təbrik etmək istəyiblər. Məncə, bu pis bir şey deyil.
Bundan öncəki davranışımla indiki davranışım, təbii ki, fərqlidir”.
Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz: