Bölgə 

Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirildi

Tərtər rayonunda taxıl biçininin mütəşəkkil qaydada həyata keçirilməsi və taxıl zəmilərində, otlaq sahələrində, habelə meşə fondu ərazisində baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının, hüquq mühafizə orqanlarının, icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin və digər aidiyyəti qurumların rəhbərlərindən ibarət xüsusi qərargah yaradılmışdır.
May ayının 13-dəTərtər rayon Gənclər mərkəzində qərargah üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə qərargah üzvlərindən rayon icra hakimiyyəti başçısının müavini Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Elnur Babayev, Dövlət Yanğından Mühafizə hissəsinin Tərtər rayon şöbəsinin rəisi Mübariz Əliyev çıxış edərək, biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını qeyd etdilər, bu istiqamətdə qarşıda duran vacib məsələlərdən danışdılar. Bilərəkdən yanğın hadisəsi törədərək təbiətə və torpağın münbit qatına ziyan vuran şəxslərin müəyyən edilərək barələrində inzibati qaydada tədbirlərin görüləcəyini bildirdilər.

Daha çox xəbərlər