Hadisə 

Azərbaycanda kürəkən və qayın faciəvi şəkildə DÜNYASINI DƏYİŞDİ – YENİLƏNİB

Qəbələdə baş verən qəzada ölənlərin şəxsiyyəti məlum olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, ölənlər VAZ-2106” markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Afiq Rafiq oğlu Məmmədov və onun sərnişini, 1978-ci il təvəllüdlü Cuma Abdulhəlim oğlu Mirzəliyevdir. Məlumata görə, ölənlər yeznə və qayındır.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106″ və”Opel” markalı avtomobillər toqquşub.

Faktla bağlı araşdırma aparılır.

11:09
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Məlumata görə, qəzada ölənlər qohumdurlar.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər