Zaqatalada 9393 hektar sahədə yazlıq bitkilər əkilib
Zaqatala rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 9393,6 hektar sahədə yazlıq əkin həyata keçiriblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək 1541 hektarda kartof, 1840 hektarda tərəvəz, 2148 hektarda dən üçün qarğıdalı, 560 hektarda bostan bitkiləri, 104 hektarda dənli və dənli paxlalılar, 4 hektarda isə günəbaxan əkib, 3130 hektara yonca səpiblər.
Rayonun təsərrüfatlarında tütün əkininə də başlanılıb. Torpaq mülkiyyətçiləri ilk günlərdə 66,6 hektar sahəyə tütün şitilləri köçürüblər.

