Bakıda gənc oğlan bıçaqlanıb
Bakının Binəqədi rayonunda bıçaqlanma baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində baş verib.
Belə ki, 1996-ci il təvəllüdlü Koroğluyev Həzrət Məzahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

