Region Xəbərləri 

Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.

14 may 2022-ci il tarixində Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan S.Vurğun adına mərkəzi kitabxanada “Şuşa ili” ilə bağlı “ Şuşa Mədəniyyətin paytaxtıdır” adlı tədbir ilə Şuşa ziyalıları ilə görüş keçirilib.
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin işçiləri, rayon İcra Hakimiyyətinin nümayəndəsi, Şəhid ailələri, Dini qurumlar üzrə nümayəndə, Veteranlar şurasının sədri, Bərdə Asan Xidmətin əməkdaşı və könüllüləri,GİKM-in nümayəndələri və kitabxananın fəal oxucuları iştirak edib.
Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.
Tədbir çərçivəsində Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, şuşalıların yaşadıqları çətinliklər, Vətən həsrəti şeirlərlə xatırlanıb.

Daha çox xəbərlər