Region Xəbərləri 

Dörd ayda 47,1 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər əkilib

2022-ci ilin yanvar-aprel aylarında 306,1 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 47,1 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 20,1 min hektarı dən üçün qarğıdalı) əkilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində 49,4 min hektar sahədə kartof, 46,6 min hektar sahədə tərəvəz, 13,9 min hektar sahədə bostan bitkiləri, 91,3 min hektar sahədə pambıq, 4,2 min hektar sahədə şəkər çuğunduru, 7,9 min hektar sahədə dən üçün günəbaxan, 0,8 min hektar sahədə tütün, 43,9 min hektar sahədə çoxillik otlar, 0,8 min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə digər yazlıq bitkilər əkilib.

Daha çox xəbərlər