Orxan Məmmədov: “12 KOB subyekti sərgidə məhsul və xidmətlərini təqdim edir” – FOTO
Bakı Ekspo Mərkəzində “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri keçirilir.
Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Twitter” hesabında məlumat verib.
“KOBİA-nın dəstəyi ilə 12 KOB subyekti sərgidə məhsul və xidmətlərini təqdim edir, satış imkanlarını və işgüzar əlaqələrini genişləndirir. Bu sahədə KOB-lara dəstəyimiz davam edəcəkdir”, – deyə O.Məmmədov qeyd edib.