Cəmiyyət 

Yanvar-mart aylarında Azərbaycanda 29 mindən çox körpə doğulub

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 29 min 179 körpə doğulub. Həmin göstərici əhalinin hər 1000 nəfərinə 11,8 təşkil edib. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Körpələrdən 902-si əkiz, 42-si isə üçəmdir.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu ilin birinci rübündə ölkədə 18 min 723 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 7,6-ya düşüb.

Daha çox xəbərlər