Cəmiyyət 

Qadir İbrahimlinin səhhəti Medianın İnkişafı Agentliyinin diqqətindədir – Natiq Məmmədli

Jurnalist Qadir İbrahimlinin səhhəti Medianın İnkişafı Agentliyinin (MEDİA) diqqətindədir.

ARANTV.AZ  xəbər verir ki,  bu barədə MEDİA-nın şöbə müdiri Natiq Məmmədli bildirib.

Onun sözlərinə görə, Q. İbrahimlinin yerləşdirildiyi xəstəxananın rəhbərliyi və həkimləri ilə dərhal əlaqə saxlanılıb: “Daim əlaqədəyik. Allahdan dəyərli dostumuza şəfa diləyirik!”

TƏBİB-dən APA-ya verilən xəbərə görə, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.

Daha çox xəbərlər