“Torqovı”da “gəzən heykəl”i sillələyən kişi AXTARIŞA VERİLDİ
“Gəzən heykəl”ə sillə vuran şəxs axtarışdadır.
Bu barədə Lent.az-a “gəzən heykəl”i canlandıran Pərviz Abdullayev məlumat verib.
O, hadisənin təfərrüatlarını belə nəql edib:
“Hadisə mayın 15-də olub. Həmişə olduğu kimi şəhərin mərkəzi küçəsində çıxış edirdim. Anidən bir kişi gəldi, vurdu və getdi. Heç bir reaksiya vermədim. Eləcə işimə davam etdim.
Polisə müraciət etmişəm. Adam axtarışdadır. Sərxoş olduğu bəlli deyil. Kimliyi barədə də heç bir məlumat yoxdur”.

