Əgər nə yeyirsinizsə…
Psixoloqlar yemək tərzinin və yeməyin bişirilmə üsulu insanların xarakteri haqqında ipucu verdiyini açıqlayıblar.
Yeməyin sürəti: Sürətli yemək şöhrətpərəstlik və səbirsizliyin əlamətidir. Onlar eyni zamanda bir neçə işi görməyə hazırdırlar. Paylaşırlar, yaxşı həyat yoldaşı olurlar. Asta yemək isə, hər şeyi nəzarətdə saxlamağa işarədir. Həyatlarından razı olurlar. Yemək zamanı sızıldamaq narahatlıq və nevrozluğun əlamətidir.
Yumurta: Qaynadılmış sevənlər səbirli, tədbirli və dözümlüdürlər. Yumşaq sevənlər enerjili, yaradıcı və həssasdırlar.
Ət: Həddindən artıq bişmiş sevənlər hər şeyi sakit qəbul edir və sakit davranırlar. Az və ya orta bişmiş ət sevənlər ekstravert, həyəcanlı və ehtiraslıdırlar.
Şokolad: Otaq temperaturunda yeməyə üstünlük verənlər dinamik, praktik və faydalıdırlar. Şokoladı soyuducudan yeyənlər ehtiyatlı, həvəsli və mədəni olurlar.
Kartof: Qısa formada doğranılmış qızartmasını sevənlər çalışqan, mühafizəkar və sadiqdirlər. Uzun formada qızarmış olanını sevənlər isə maraqlı, dəblə yaşayan və uşaq xasiyyətli olurlar.
Qızardılmış çörək: Az qızardılmış sevənlər mükəmməlliyə meyllidirlər, asanlıqla populyarlaşırlar. Çörəyi çox qızardılmış sevənlər azad ruhlu, özünü təmin edən və adrenalin həvəskarı olurlar.

