Yardımlı rayonunda itkin düşən qadının meyiti tapılıb.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Kürəkçi kəndində qeydə alınıb.
Belə ki, 52 yaşlı Bəsirə Fərəcovanın meyiti yaşadığı evin həyətindəki su hovuzundan tapılıb.
O, təxminən 20 gün əvvəl itkin düşüb.
