Əsas səhifə 

Şuşada Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb  

 

Şuşa şəhərində Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

 

“İki sahil” xəbər verir ki, bu barədə “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bununla bağlı müvafiq qərarı dövlət başçısı qəbul etməlidir: “Biz cavabı böyük məmnuniyyətlə gözləyirik. Hesab edirik ki, üç ölkənin iştirakı ilə Şuşada biznes forumun təşkil edilməsi simvolik məna daşıyacaq. Çünki Azərbaycan, Türkiyə və Gürcüstan birgə region üçün bir sıra önəmli layihələr həyata keçirir”.

 

T.Əliyev həmçinin bu ilin martında “Caspian Energy Club”ın “Forbes Georgia” nəşri ilə memorandumun imzalandığını qeyd edib: “Sənədə əsasən Gürcüstanın nüfuzlu biznes jurnalının Şuşa və ümumilkdə Qarabağa həsr olunacaq xüsusi nömrəsi işıq üzü görəcək. Həmin nəşrin təqdimatının da Şuşada keçirilməsi çox yaxşı olardı”.

 

 

Daha çox xəbərlər