Hadisə 

Avtomobil aşdı, yaralılar var

Qax rayonunda avtomobil aşıb.

ARANTV.AZ-ın məlumatına görə, hərəkətdə olan VAZ-2106 avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Sürücü Hüseynli Hüseyn Azər oğlunun sərnişinləri – 1998-ci il təvəllüdlü Tural Rəşidov və 1993-cü il təvəllüdlü Rövşən Əhmədli xəsarət alıblar.

Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər