Hadisə 

Tankəleyhinə qumbaraatanlar, pulemyotlar, avtomatlar: Xocavənddə xeyli silah-sursat aşkar edildi – VİDEO

Xocavənddə xeyli sayda silah-sursat tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, silahları Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində keçirdiyi tədbirlərlə aşkar ediblər.

Tapılan 8 avtomat, 5 qumbaraatan, 3 pulemyot, 1632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Daha çox xəbərlər