Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Daha çox xəbərlər