Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır
Azərbaycan və Türkiyə hərbçilərinin qardaş ölkədə davam edən birgə təlimləri çərçivəsində Seçilmiş Müşahidəçi Günü keçirilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.
Nazirliyin rəsmi tviter səhifəsində yer alan məlumatda deyilir: “Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır.
Azərbaycan türkü qardaşlarımızla birlikdə Qarsda icra etdiyimiz “Heydər Əliyev-2022” Faktiki Atış Birgə Batalyon İşçi Qrupunun Səhra Təlimi”nin Seçilmiş Müşahidəçi Günü keçirilib.
Məlumatda təlimlərlə bağlı videomaterial da yer alıb.

