Hava nəqliyyatı ilə sərnişindaşıma 2,6 dəfə artıb
Yanvar-aprel aylarında hava nəqliyyatı ilə 463,7 min və ya 2021-ci ilin müvafiq dövrünə nisbətən 2,6 dəfə çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

