Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 5,2 faizi taksilərin payına düşür
Yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 420,2 milyon sərnişin daşınıb və 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 94,8 faizi avtobus, 5,2 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 19,1 faiz artıb.

