Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 3,6 faiz artım olub
Cari ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 685,2 milyon manat təşkil edib ki, onun da 1 milyard 540 milyon manatı heyvandarlıq, 145,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 14,8 faiz artım olub.

