Katib: “Azərbaycanda ifrat yoxsulluq göstəricisi aradan qalxıb”
“Azərbaycanda ifrat yoxsulluq göstəricisi aradan qalxıb. Ancaq yoxsulluq göstəricisi var”.
“Report”un xəbərinə görə, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O xatırladıb ki, Prezidentin müvafiq sərəncamı ilə 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb:
“Ötən il ölkə başçısının digər sərəncamı ilə Milli İnkişaf Prioritetləri də təsdiq olunub. İşğaldan azad edilmiş ərazilərə mərhələli formada qayıdış həmin sənədin əsas istiqamətlərindən biridir”.

