Bərdə rayon Heydər Əliyev Mərkəzinin “Şuşa İli”çərçivəsində elan etdiyi “Əziz Şuşa,sən azadsan!” adlı inşa müsabiqəsi yekunlaşdı.
Müsabiqədə Bərdə rayonu üzrə bir sıra təhsil müəssisələrindən tələbə və şagirdlər iştirak etdi.Müsabiqənin şərtləri nəzərə alınaraq komissiya qərarı ilə 3 yer üzrə 6 qalib müəyyənləşdirildi:
I yer -Bərdə şəhər Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbin 11b sinif şagirdi Əvəzova Xumar
II yer – Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin şagirdi Əkbərli Könül
II yer – Bərdə rayon Adil Süleymanov adına Şorəlli kənd tam orta məktəbin 8-ci sinif şagirdi Əlizadə Fatimə
III yer – Bərdə şəhər Fəxrəddin Muradov adına 7 nömrəli tam orta məktəbin 7 a sinif şagirdi Ələsgərova Nərmin
III yer – Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbinin şagirdi Hətəmova İlknur
III yer – Bərdə şəhər Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbin 10a sinif şagirdi Rzayeva Səmayə
Qaliblər təltifnamə və hədiyyələrlə mükafatlandırıldı.
İnşa müsabiqəsində iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk.






