Gürcüstana Azərbaycandan gətirilmiş ceyranlar artmağa başlayıb
Gürcüstanın Vaşlovani dövlət qoruğunda ceyranların artımı qeydə alınıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Təbiəti Mühafizə Agentliyindən məlumat verilib.
Bildirilir ki, Gürcüstan ərazisində ceyranlar 1960-cı ilədək mövcud olub. Sonradan bu heyvanların nəsli kəsilib. 2013-cü ildə Azərbaycandan 10 baş ceyran gətirilib. Elə həmin ildən Ümumdünya Vəhşi Təbiət Fondu ilə Gürcüstanın Təbiəti Mühafizə Agentliyi ceyranların populyasiyasının bərpası layihəsi həyata keçirilir. Layihə çərçivəsində artıq bir neçə baş çoxalmış ceyran on illik fasilədən sonra Şərqi Gürcüstanda Kür və Alazan çayları arasında yerləşən İora və Qare-Kaxeti yaylalarına buraxılıb.

