Cəmiyyət 

Azərbaycanlılar may ayında niyə toy etmirlər? – VİDEOSORĞU

Hər bir xalqın özünəməxsus adət-ənənələri var, onların bəzilərinin etimologiyası bəllidir, bəzilərinin isə yaranma səbəbi unudulub.

Bunlardan biri də may ayında toy-büsat qurmamaqla bağlıdır. Elə ki, may ayı gəldi, hamı toy etməyə qorxur. Xalq arasında bir inam dormalaşıb ki, mayda toy etmək olmaz, ağır aydır. “Mayda toy etmək olmaz, düşər-düşməzi var”, “mayda qurulan ailə tez dağılar”, “may ailə həyatı qurmaq üçün ağır aydır” və s. kimi inanclarla insanlar may ayında toy etməkdən imtina edirlər. May ayında demək olar ki, şadlıq saraylarında çox az sifariş olur. İyun-iyul aylarında isə 1 gün boş yer tapmaq olmur.

Bəs insanlarımız bunun səbəblərini necə, nə ilə izah edir? Nəyə görə may ayında toy etmirlər.

Mövzu ilə bağlı Tv Musavat-ın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənib.

Anar Əhməd, Nərminə Aydın,
Musavat.com

Daha çox xəbərlər