Region Xəbərləri 

Bərdədə əsən külək sakinlərin işığını kəsib

Mayın 23-də günortadan sonra başlayan külək Bərdə rayonunda işıq və internetin kəsilmələrinə səbəb olub.

Rayonun əksər kəndləri də daxil olmaqla bir çox yerində işıqlar kəsilib. Rayon ərazisinin bəzi yerlərində kəsintilərin arası qısa müddətli olsa da əksər kəndlərdə gecə ərzində işıqların bərpası gec həyata keçirilib.

Bərdə rayonunun Şorəlli kəndində də işıqların verilməsində fasilələr yaranıb. Gecə ərzində elektrik enerjisinin ötürülməsi bir neçə dəfə dayandırılıb.

Elektrik enerjisini ötürülməsində yaranan məhdudiyyətlər üzündən elektron ATS – lər də fəaliyyət göstərə bilməyib. Nəticədə işığın olmaması ilə bərabər internetin verilməsində də fasilələr yaranıb.

Onu da qeyd edək ki, rayon ərazisində küləklə yanaşı yağışlı hava şəraiti hökm sürür.

Daha çox xəbərlər