Gündəm 

Türkiyənin Bursa şəhərində “Türkiyə-Azərbaycan Müəllimlərinin I Təhsil Zirvəsi” layihəsi davam edir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin birgə təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Türkiyənin Bursa şəhərində “Türkiyə-Azərbaycan Müəllimlərinin I Təhsil Zirvəsi” layihəsi davam edir.
Layihədə iştirak edən müəllimlər 2 nəfərlik qruplar şəklində Bursa şəhərində yerləşən məktəblərdə dərs dinləmələrində iştirak edərək Türkiyədə təhsil yenilikləri ilə tanış oldular. Metodiki öyrənmə mübadiləsində olan müəllimlər öz dərs metodları ilə tədris proseslərini təşkil etdilər. Tədris prosesinin günün tələblərinə cavab verməsi üzrə məktəb rəhbərləri və müəllimlərlə birlikdə qarşılıqlı müzakirələrdə iştirak etdilər.
Layihə 23 may tarixinə qədər davam edəcək.

Daha çox xəbərlər