Region Xəbərləri 

28 may Müstəqillik Günü münasibətilə “Yaşa Azərbaycan” mövzusunda konsert təşkil edilib.

Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı Mehdixanlı kənd Folklor evi 28 may Müstəqillik Günü münasibətilə “Yaşa Azərbaycan” mövzusunda konsert təşkil edib.
Tədbirdə Bərdə rayon Mədəniyyət Mərkəzinin metodisti Mehriban xanım Nabatova çıxış edərək bildirdi ki, əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı.
Ancaq 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu gün müstəqil Azərbaycanda 1918-ci ildə xalq cümhuriyyətini yaradanları, təşkil edənləri – Məmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, xalq cümhuriyyəti hökumətinin bütün üzvlərini böyük minnətdarlıq hissi ilə xatırlayırıq. Onların gördüyü işlər, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Daha çox xəbərlər