Maraqlı 

Meyvə tumlarının möcüzəvi faydaları

Son illərdə  aparılan  elmi araşdırmalar göstərir ki, bir çox meyvələrin çəyirdəkləri və tumları hətta bu meyvələrin özündən də faydalıdır. Sizə ən faydalı meyvə çəyirdəkləri haqqında topladığımız məlumatları  təqdim edirik.

Ərik çəyirdəyi

Ərik çəyirdəyinin ləpəsi çox faydalı və müalicəvi məhsul sayılır. Lakin bu məhsul haqqında müxtəlif mənfi rəylər də eşitmək olur — guya ərik çəyirdəyinin ləpələri çox zəhərlidir və hətta ölümə səbəb ola bilər.

Ərik çəyirdəyinin ləpəsinin tərkibində bir çox vitamin və minerallar, efir yağları, yağlı turşular var. Bu yağlı turşular (olein, linolen, araxin turşuları və s.) ürək və damarların sağlamlığını qoruyur, infarkt və insultun ən effektli profilaktik vasitəsi sayılır, diabetin inkişafının riskini azaldır.

Ərik çəyirdəyinin tərkibində nadir «amiqdalin» adlı maddə var. Bu maddə həm də B17 vitamini kimi tanınır. B 17 xərçəng əleyhinə təsirə malikdir. Məhz bu maddə ləpələrə acı dad verir. Orqanizmdə bu vitamin bir neçə daha sadə maddəyə və o cümlədən güclü zəhər olan sinil turşusuna parçalanır. Sinil turşusu orqanizm tərəfindən neytrallaşdırılsa da ərik çəyirdəyinin ləpələrini çoxlu miqdarda yemək tövsiyə edilmir — bu, həqiqətən zəhərlənməyə səbəb ola bilər. Gündə 1 ovuc ləpə orqanizmə yalnız fayda verə bilər.
Ərik çəyirdəyinin ləpəsi iltihab əleyhinə və bəlğəmgətirici təsirə malikdir. Güclü öskürək, bronxit zamanı bu ləpədən hazırlanmış «süd» yaxşı kömək edir. 1 ovuc ərik çəyirdəyinin ləpəsi 1 stəkan su ilə blenderdə qarışdırılır və süzülür. Alınmış südə bal əlavə edin və gündə 2 dəfə yarım stəkan olmaqla için.

Ərik çəyirdəyinin ləpəsi həm də qurdqovucu təsirə malikdir. Uşaqlara şrin ləpələri az miqdarda vermək olar.

Üzüm çəyirdəkləri

Üzüm çəyirdəkləri isə  çox faydalı “resveratrol” maddəsi ilə zəngindir. Bu maddə xərçəng əleyhinə təsirə malikdir, ürək və damarları möhkəmləndirir. Üzümün çəyirdəkləri, həmçinin  damarların divarlarını bərkidir, dərini daha elastik edir, hətta qırışları belə hamarlayır. Onların tərkibində olan fitoestrogenlər əsasən 50 yaşdan sonra  qadınlar üçün çox faydalıdır. Əsasən qara üzümün tumları daha xeyirlidir. Qara üzümün tumları müxtəlif növ göbələk xəstəliklərinə və ən əsası xərçəng xəstəliyinə səbəb olan “Candida” göbələyinə qarşı mübarizə aparmaq gücünə malikdir.

Kivi çəyirdəkləri

Kivi çəyirdəkləri  E vitamini və Omeqa-3 yağlı turşularla zəngindir.

E vitamini isə öz növbəsində  dərimizi cavan və gözəl saxlayır. Omeqa-3 yağlı turşuları əsasən ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, infarkt və insultun inkişafı riskini azaldır.

Yemiş tumları

Yemiş tumları ta qədimdən  güclü afrodiziak kimi tanınır. Afrodiziak cinsi aktivliyi  artıran maddədir. Məhz bu səbəbdən yemiş tumları qədim vaxtlardan kişilərdə potensiyanın zəifələməsi, prostat vəzi xəstəlikəri zamanı istifadə olunurdu.

Yemiş tumları öd və sidikqovucu təsirə malikdir, orqanizmi qurdlardan təmizləyir.

Alma çəyirdəkləri

Alma çəyirdəkləri möcüzəli məhsuldur. Bu kiçik çəyirdəklərin tərkibində bir çox nadir faydalı maddələr var. Bu səbəbdən həkimlər almanı bütov şəkildə qabıqları (onlar da çox faydalıdır) və çəyirdəkləri ilə birlikdə yeməyi tövsiyə edirlər.

Nəzərə almaq lazımdır ki, gün ərzində 5-6 alma çəyirdəyi yemək olar. Bundan çox olmaz. Məsələ burasındadır ki, onların tərkibinə sianid turşusu daxildir. Sianid turşusu güclü zəhərdir və çoxlu miqdarda orqanizmə daxil olunduqda zəhərlənməyə səbəb ola bilər.

Alma çəyirdəklərinin tərkibində nadir xərçəng əleyhinə təsirə malik olan B17 vitamini var. Həmçinin bu vitamin yorğunluğu azaldır.
Onlar həm də yodla zəngindir. Bu mineral qalxanvari vəzinin fəaliyyətində əsas rol oynayır. Yod çatışmazlığı zamanı qalxanvari vəzinin fəaliyyəti pozulur.
Ürək-damar sistemi üçün ən vacib olan mineral olan kaliumda alma çəyirdiklərinin tərkibində mövcuddur. Alma çəyirdəyində fol turşusu da  var. Fol turşusu qanın tərkibini yaxşılaşdırır. Alma çəyirdəkləri, öz növbəsində  dərinin vəziyyətinə çox müsbət təsir edir. Bu səbəbdən alma çəyirdəyi ekstraktı tez-tez cavanlaşdırıcı maskaların tərkibinə daxil edilir.

Qarpız tumları

Qarpız tumlarının tərkibində olan sink və selen mineralları kişilər üçün xüsusilə xeyirlidir. Belə hesab olunur ki, qarpız tumları kişi orqanizminə “təbii viaqra” kimi təsir edir – potensiyanı  artırır. Həmçinin tumlar prostat vəzinin sağlamlığını qoruruyur və  qanda şəkərin səviyyəsini aşağı salır və dərinin vəziyyətini yaxşılaşdırır.

Nar çəyirdəkləri

Nar çəyirdəkləri çox faydalı sayılır. Məhz bu tumlar orqanizmdə hormonal balansın qorunmasına kömək edir. Antioksidant və polifenol maddələrlə zəngin olan nar çəyirdəkləri güclü xərçəng əleyhinə vasitə kimi tanınır. Həmçinin nar çəyirdəkləri iltihab, virus və mikrob əleyhinə təsirə malikdir.

Nəzərə almaq lazımdır ki, meyvə çəyirdəklərini həddindən artıq çox miqdarda yemək olmaz. Bu, pozulmalara səbəb ola bilər. Nar çəyirdəkləri dermatit, ekzema, dəridə  qaşınma kimi xəstəliklərin müalicəsində mükəmməldir. Onlar, həmçinin   damarların elastikliyini yaxşılaşdırır və parazit qurdlarının insan və heyvanlarda əmələ gətirdiyi xəstəlik halları ilə  mübarizədə əvəzolunmaz vasitə hesab olunur.

Daha çox xəbərlər